Loran Blan İspaniya klubunu çalışdıra bilər

  • By admin
  • 06 İyul 2020 22:53

“Valensiya”nın baş məşqçisi postuna daha bir mütəxəssisin adı əlavə olunub.

Gununsesi.org-un məlumatına görə, İspaniya klubu fransalı Loran Blanla anlaşa bilər.

Hətta 54 yaşlı mütəxəssisin “yarasalar” üçün prioritet seçimə çevrildiyi bildirilib. Mark Silva və Kike Sançes Floreslə də maraqlanan La Liqa təmsilçisini Blanın ispan dilini bilməsi həvəsləndirib. Blan son klubu olan PSJ-də 3 il ərzində (2013-2016) 3 dəfə ölkə çempionluğunu, 2 dəfə isə kubokunu qazanıb.

Qeyd edək ki, baş məşqçi Albert Seladesin istefasını iyunun 29-da açıqlayan “Valensiya” hazırda La Liqada 34 turdan sonra 9-cu pillədə qərarlaşır.

 

Gununsesi.org