Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş - FOTOLAR

  • By admin
  • 14 Fevral 2020 10:24

Rusiyalı müğənni Lolita Milyavskayanın vəkili Sergey Jorin bildirib ki, ifaçının keçmiş həyat yoldaşı Dmitri İvanov ona təhlükəli preparatlar verib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Komsomolskaya pravda” yazıb.

“Ailəli olduqları müddətdə İvanov həyat yoldaşının sağlamlığının qayğısına qalması bəhanəsi ilə ona BAƏ-lər (bioloji aktiv əlavələr-red.) verirdi. Lolita ondan ayrılanda maddələri yoxlamaq qərarına gəlib və onları tədqiqata göndərib. Məlum olub ki, onlar orqanizmə zərər vurur”, – hüquqşünas deyib. Jorin bildirib ki, bu məsələni artistlə bərabər araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il sürüb.