“Liverpul” tarixinin yeni rekordunu vurub

  • By admin
  • 07 Mart 2020 21:08

“Liverpul” İngiltərə çempionatları tarixinin yeni rekorduna imza atıb.

Gununsesiaz.info-nun məlumatına görə, Yurgen Kloppun yetirmələri evdə ən uzun qələbə seriyasının müəllifi kimi tarixə düşüb.

Mersisaydlılar XXIX turun “Bornmut”la oyununda ardıcıl 22-ci ev oyununda qalib gəlib – 2:1. Bunadək də rekord “Liverpul”a məxsus idi.

1972-ci ildə ardıcıl 21 ev matçında xal itirməyən liverpullular 48 il öncə “Mançester Siti”, “Nyukasl” və “Preston”un (hərəsi 20 qələbə) rekordunu yeniləmişdi.

Qeyd edək ki, “Liverpul” 82 xalla Premyer Liqanın lideridir.

 

 

Gununsesiaz.info