“Liverpul” “Mançester Yunayted”i də “əzib keçdi” – 1001 gündür yenilməz klub

  • By admin
  • 20 Yanvar 2020 10:20

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Gununsesi.org xəbər verir ki, bu gün lider “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0.

“Liverpul” – “Mançester Yunayted” – 2:0
Qollar: Van Deyk, 14, Salah, 90+3

Bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib. “Mançester Yunayted” isə 34 xalla 5-cidir.

 

Gununsesi.org