Litva Seyminə də seçkilər başa çatmaq üzrədir

Litva Seyminə də seçkilər başa çatmaq üzrədir

litva

Bu gün səhər saat 07:00-da Litvada 1996 seçki məntəqəsinin qapıları açılıb. Ölkə əhalisi saat 20:00-dək yeni Seymi seçəcək.

Gununsesi.info xəbər verir ki, bu, Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Seymə keçirilən səkkizinci seçkidir. Ölkədə 2 milyon 504 min seçici qeydiyyata alınıb. Seymin mandatı uğrunda birmandatlı və çoxmandatlı seçki dairələri üzrə 1416 namizəd mübarizə aparır.

Seçkilərdə 12 partiya və iki koalisiya iştirak edir. Seymə keçmək üçün partiya seçicilərin ən azı 5 faizinin, koalisiya isə 7 faizinin səsini toplamalıdır. Seymin 141 üzvündən 71-i birmandatlı, 70-i çoxmandatlı dairələrdə partiyaların təqdim etdiyi siyahılar üzrə seçiləcək.

Seçkilərin nəticələri barədə ilkin məlumat təxminən gecəyarısı açıqlanacaq.

Gununsesi.info

COMMENTS