Lerikdə yola düşən qaya parçası partladıldı - FOTO+VİDEO

  • By admin
  • 03 Noyabr 2016 18:50

das0

Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu tamamilə aradan qaldırılıb. 

Gununsesi.info “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem dərhal aradan qaldırılsa da, yolun bir hissəsinə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.

Bu gün qaya parçası “Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı idarəsi tərəfindən partladıldıqdan sonra yolun tam olaraq təmizlənməsi təmin olunub.

das das1

Gununsesi.info