Lavrovdan Bakını məyus edəcək açıqlama - "Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir sülh sazişi mümkün deyil"

  • By admin
  • 11 Noyabr 2019 19:46

“Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir”.

Gununsesi.org xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, məsləhətləşmələrin ilkin mərhələsində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub, lakin hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri danışıqlarda Dağlıq Qarabağın maraqlarını Yerəvanın təmsil edəcəyinə dair qərar verib.

“Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik”, – deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib.

 

Gununsesi.org