Lavrov Venesuelaya səfər etdi

  • By admin
  • 07 Fevral 2020 10:58

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Venesuelaya səfər edib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, işgüzar xarakter daşıyan səfər Rusiya XİN başçısının Latın Amerikası ölkələrinə turnesi çərçivəsində baş tutub.

Lavrovun səfər zamanı Venesuela Prezidenti Nikolas Maduro, İcraçı vitse-prezident Delsi Rodriqes və Xarici İşlər naziri Xorxe Arreasla görüşləri nəzərdə tutulur.

Gununsesi.org