Lənkəranın gözəl çərşənbə adəti - FOTOREPORTAJ

  • By admin
  • 15 Mart 2017 11:15

esmira (3)

Hər il ilaxır çərşənbə səhəri lənkəranlılar axar çay üstünə axışır.

Elimizdə Novruz bayramı, onun çərşənbələri ilə bağlı maraqlı adət-ən-ənələr formalaşıb. Uzun əsrləri addayaraq bu günümüzə qədər gəlib catan bu ən-ənələrin bəziləri ancaq bir bölgədə yaşarıdır.

esmira (7)

Məsələn, ilaxır çərşənbə günü axar su üstünə gedib ondan arzu –muraz diləmək adətinə ancaq Lənkəranda rast gəlinir. Havanın necə keçməsindən, yolun uzaq-yaxınlığından, varlı-kasıblığından asılı olmayaraq səhər gün doğmamışdan minlərlə lənkəranlı axar çay üstünə, su hövzələrinə yol alır, əlindəki qırmızı bardağdan axar sudan dolduraraq əl-üzünü yuyur, doğmalarına səpir, həyət-bacasına səpmək üçün doldurur.

esmira (9)

Bu adət-ənənin kökünün hardan başlandığı məlum olmasa da, bu səhər də Lənkəran çayı insan izdihamına şahidlik edib.

esmira (4)

Köhnə  geyimləri, əşyaları, üzərriyyi, arzuların yazıldığı kağız  parçalarını su üzərində üzən görsəniz, təəcüblənməyin.

esmira (5)

Atılmış corablar sıxıntıdan çıxmağa, subay qızların suya kəsib atdıqları saçlar toy arzularına nişanədir. Bəziləri də dərd-sərini axar su ilə bölüşməyə, ondan rahatlıq istəməyə, can sağlığı diləməyə gəlib.

esmira (8)

Övlad həsrəti ilə suya tapınanlar da çoxdur. Qoy bütün xoş arzular çin olsun, axar su dərd-sərimizi axıtsın, mətləblərimiz hasilə gəlsin. Paklıq ,saflıq rəmzi olan su duyğularımızı da saflaşdırsın!.

esmira (1) esmira (2) esmira (6)

Esmira İsmayılova

Gununsesi.info