Ləman Ələşrəfqızı prezidentə müraciət etdi - Bu adamlar Azərbaycanı irəli aparmırlar

  • By admin
  • 08 Fevral 2020 09:09

Gununsesi.org xəbər verir ki, 117 saylı Qəbələ-Oğuz seçki dairəsindən namizədliyini  irəli  sürmüş  LƏMAN  ƏLƏŞRƏFQIZI feysbuk  səhifəsində prezident İlham  Əliyevə  müraciət  edib.
Qəbələnin Xırxatala kəndində iki müşahidəçimdən birini geri çəkilməyə məcbur etdilər. O biri müşahidəçim səs göndərib ki, ciddi təzyiqlər və təhdidlər var. Mütləq qutudan Aqiyə Naxçıvanlı çıxmalıdır deyə ciddi iş aparılır. Oxşar məlumatlar başqa kəndlərdən də-Uludaşdan, Mıxlıqovaqdan və s gəlir. Bu məsələdə xüsusi canfəşanlıq edən Qəbələ İH-nin ərazi idarəetmə şöbəsinin müdiri Zülfüqar Cəfərov və onun əlaltılarıdır deyirlər. Onlar dəfələrlə mənim şəkillərimi cırıb və bununla da öz mahiyyətlərini ortaya qoyublar. Zülfüqar haqqında çox ciddi məlumatlarım var və onu mənə “yaxşı” tərəfdən tanıdıblar. Seçki bitəndən sonra mən də onu bitirəcəm. Buna söz verirəm! İndi isə sözüm dövlət başçımıza-Prezident İlham Əliyevədir. Cənab Prezident! Bu seçkiyə Sizin İslahatlar proqramınız çərçivəsində qatıldıq. Bəli islahatlar Azərbaycanı yeniləməlidir. Azərbaycanda yeni qüvvələr, yeni təfəkkürlər formalaşmalıdır. Bu mənada Sizin ” İslahatların alternativi yoxdur”- fikrinizi də elə alternativsiz fikir sayır və bunu ürəkdən dəstəkləyirik. Təəssüf ki, yerlərdə bəzi məmurlar islahatlardan ilan yarpızdan qorxan kimi qorxurlar. Mən bu seçki prosesində maksimum şikayətçi qismində çıxış etmək istəmədim. Seçicilərimlə təmas qurdum, onların sevgisini, hörmətini qazandım. Amma əlində inzibati resurslar olanlar hər addımda işimə əngəldirlər. Bu adamlar Azərbaycanı irəli aparmırlar. Bizə isə güclü Azərbaycan lazımdır. Onu bu təfəkkür sahibləri ilə xilas edə bilməyəcəyik.

Gununsesi.org