Ləman Ələşrəfqızı Oğuzdakı yəhudilərlə görüşdü - FOTOLAR

  • By admin
  • 02 Fevral 2020 12:56
“Bu gün Oğuzun yəhidi icması ilə gözəl bir görüşümüz oldu. Bəri başdan deyim ki, Azərbaycandakı 10 sinaqoqdan 2-si Oğuzdadır”
.
Gununsesi.org bildirir ki, bu sözləri adıçəkilən rayondan deputatlığa namizəd Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında yazıb.
Görüşdən bir neçə foto paylaşan namizəd daha sonra yazır: ” Bax, bu gözəl tikili 1897-ci idə tikilib. Hələ 1880-ci illərdən Oğuzda 1400-ə yaxın yəhidi yaşayıb. Bu həm də Azərbaycanda tolerantlıq və multukulturalizm dəyərlərinin tarixən qorunduğunun əyani sübutudur. Oğuz yəhudiləri İkinci Dünya Müharibəsində nə qədər qurbanlar verib! Bu gün sinaqoqda o siyahı ilə də tanış oldum, yəhudi icması nümayəndələrunin dəyərli fikirləri ilə də. Bir qənaətim var:onlar doğulduğu, göz açdığı bu torpağı sevirlər, onlar Azərbaycanı sevirlər, onlar bu dövlətin, bu millətin övladlarıdır. Var olun əziz insanlar. Rasim müəllimə- yəhudi icmasının rəhbərinə də dəyərli görüş üçün təşəkkürlər!”. 
Gununsesi.org