“Kurtlar Vadisi Pusu” ekranlara geri dönür

  • By admin
  • 06 Dekabr 2016 23:31

kurtlar-vadisi-pusu-da-q-fil-yenilik7164

 

Türkiyə televiziya tarixinin ən çox davam edən seriallarından olan “Kurtlar Vadisi Pusu”nun ekranlara qayıtmayacağı barədə xəbərlər gündəmdədir.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, serial yanvar ayından etibarən ekranlara qayıda bilər.

Məşhur serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.

Qeyd edək ki, “Panafilm”in çəkdiyi mafiyalardan və dövlətin təhlükəsizlik qüvvələrinin onlarla mübarizəsindən bəhs edən bu film 13 ildir ekranlardadır. Polad Ələmdar adı ilə məşhur olan baş rolun ifaçısı Nəcati Şaşmaz və onun qardaşı Raci Şaşmazın bir sıra ölkələrdə, eləcə də, Azərbaycanda sevilən, bu ilin yayında sezon finalı nümayiş etdirilən filmi sentyabrda ekranlara qayıtmalı idi.

Gununsesi.info