Kuril adalarında 5,6 maqnitudalı zəlzələ olub

  • By admin
  • 16 Fevral 2020 14:44

Bu gün Kuril adalarına daxil olan Onekotan adasından 56 km şərqdə 5,6 maqnitudalı zəlzələ olub.

Gununsesi.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 10.35 radələrində baş verən zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Onekotan adasında məskunlaşma yoxdur.

Gununsesi.org