Kronavirus İtaliyanı “diz çökdürdü”: 366 ölü – Ölkə nisbət baxımından dünyada lider oldu

  • By admin
  • 09 Mart 2020 08:48

İtaliyada koronavirusa yoluxanların sayı artaraq 7300 nəfər olub.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, sutka ərzində ölkədə 1,5 min nəfərdə Covid-19-a yoluxma halı qeydə alınıb.

Ölkədə virusdan ölənlərin sayı isə 366 nəfər olub.

 Qeyd edək ki, bununla da İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə çıxıb. Ölkədə xəstəliyə yoluxan hər 20-ci adam dünyasını dəyişir. Bu isə 7300 nəfərin 4,96%-i deməkdir.

Ölüm nisbətinə görə ikinci yerdə İran (3,96%), üçüncü yerdə Çindir (3,83%).