Kreditlərlə bağlı daha bir proqram hazırlanıb

  • By admin
  • 30 Mart 2020 22:56

 “İstəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun maliyyələşməsi davam etsin. Bu məqsədlə yeni verilən kreditlərə dəstək proqramı hazırlanıb”.

Gununsesi.org xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişində iqtisadiyyata dəstək sahəsində yeni proqramları açıqlayarkən bildirib:

“İkinci böyük proqram yeni verilən kreditlərə şamil edilir. Bank sektorun, real sektorun kreditləşməsi hər zaman prioritetimizdir.

Burada əsas dövlətin dəstəyi ilə kredit məbləğinin 60%-ə qədərinin dövlət zəmanəti ilə təmin edilməsidir və yenə də faizlərin ödənilməsində müəyyən həddə qədər belə kreditlərin maksimal faiz məbləği illik 15%-i keçməməlidir. Həmin o 15%-in 50%-ni, yəni 7,5%-nin ödənişini müvafiq olaraq Sahibkarlığa Kömək Milli Fondu üzərinə götürə bilər”.

 

 

Gununsesi.org