Kralla-Putinin “neft müharibə”sinə daha 2 ölkə qoşuldu – Qiymət ucuzlaşır, alıcı yoxdur

  • By admin
  • 12 Mart 2020 15:42

Səudiyyə Ərəbistanının ardınca İran və Küveyt də neft qiymətini azaldacaq.

Gununsesi.org xəbər verir ki, hər iki ölkə qiymətlərin apreldə ucuzlaşdırılacağını bildirib. “Bloomberg” yazır ki, Rusiya və Səudiyyə Ərəbistanı arasındakı “neft müharibəsi”ndən sonra qiymətlərin ucuzlaşması baş verir.

Gələn aydan etibarən İran “Basrah Light” markalı neftini hər bareldə 5 dollar ucuzlaşdırmaq qərarına gəlib. “Saudi Aramco” şirkəti isə “Arab Medium” markalı neftini hər bareldə 6 dollar ucuzlaşdırıb. Küveyt də Asiyadan olan alıcılar üçün qiyməti 6 dollar ucuzladırmaq qərarını bəyan edib.

Gununsesi.org