Koronavirusun yeni simptomları aşkarlanıb

  • By admin
  • 10 Mart 2020 13:45

Sinqapurlu bir qrup həkim tərəfindən COVİD-19” xəstəliyinin yeni simptomları müşahidə olunub.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Lancet” tibbi jurnalında məlumat verilib. Mütəxəssislərin sözlərinə görə, əvvəlcə bir sıra xəstələrə denqe qızdırması diaqnozu qoyulub. Xəstələr yüksək hərarət və qaşıntı verən səpkilərdən şikayətləniblər. Denqe qızdırması üçün aparılan müalicə heç bir nəticə vermədikdən sonra xəstələr nəfəs darlığından əziyyət çəkdiklərini bildiriblər. Daha sonra “COVİD-19” testindən keçən xəstələrdə koronavirus aşkarlanıb. Ancaq pasientlərdə burun axması, yaş öskürək və boğaz ağrısı kimi koronavirusa xas simptomlar müşahidə olunmayıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 114. 508-ə çatıb. Bunlardan 4.027-si ölümlə nəticələnib.

Gununsesi.org