Koronavirusun müalicəsi üçün antibiotiklərdən istifadə etmək olar?

  • By admin
  • 07 Aprel 2020 15:15

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.

Gununsesi.org bildirir ki, qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil:

“Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. COVID-19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.

Gununsesi.org