Koronavirusun dərmanını tapana 1 milyon verəcək

  • By admin
  • 10 Fevral 2020 23:03

Tanınmış aktyor Ceki Çan koronavirusa qarşı antidot tapana 1 milyon Çin yuanı (təxminən 243 min manat) verəcəyini elan edib.

Gununsesi.org-un xarici KİV-ə istinadən məlumatına görə, aktyor epidemiyanın qarşısının alınması üçün hər şeyi etməyə hazır olduğunu deyib:

“Hansısa şəxsin və ya qurumun dərmanı tapması önəmli deyil. Əgər uğurlu olsalar, 1 milyon yuan verərək təşəkkür etmək istəyirəm. Daha əvvəl basabas olan küçələri boş görmək istəmirəm. Vətəndaşlarımızın həyatdan zövq almalı olduğu bir vaxtda ölümlə mübarizə apardıqlarını görmək istəmirəm”.

 

 

Gununsesi.org