Biomühəndislər koronavirusu aşkarlayan sensorlu maska hazırlayır

  • By admin
  • 15 May 2020 15:27

Biomühəndislər koronavirus diaqnozu qoyan sensorlu maskalar üzərində çalışırlar.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı “Business Insider” yayıb.

Məlumata görə, virus daşıyıcısı nəfəs aldığı, öskürdüyü və asqırdığı halda sensorlar hərəkətə keçəcək və maskanın üzərindəki işıq yanıb-sönməyə başlayacaq.

Bildirilib ki, layihənin rəhbəri Massaçusets Texnologiya Universitetinin (MIT) professoru Ceyms Cim Kollinsdir.

“Hələlik araşdırmanın ilkin mərhələsindəyik. Ancaq ilk sonucların ümidverici olduğunu söyləyə bilərəm. Maskanın proyeksiyası üzərində də işlər gedir. Layihəmizin yayın sonunadək istifadəyə hazır vəziyyətə gəlməsinə ümid edirik. O mərhələyə gəldikdə yoluxmuş insanlar üzərində təcrübə keçirəcəyik. Beləliklə, maskanın gerçək həyatda istifadəyə məqbul olub-olmadığını təyin edəcəyik”, – o deyib.

 

 

Gununsesi.org