Koronaviruslu olduğunu söyləyən kişi metroda tutacaq və avtomatları yaladı

Koronaviruslu olduğunu söyləyən kişi metroda tutacaq və avtomatları yaladı

Almaniyada metroya daxil olan bir kişi  koronavirus xəstəsi olduğunu bildirərək  avtomat və tutacaqları yalamağa başlayıb.
Gunusnesiaz.info xəbər verir ki, İsrail mediasının yazdığına görə, qəribə olay Bavariya federal əyalətinin paytaxtı Münhendə baş verib.
Alman polisi “SARS-CoV-2” koronavirusuna yoluxduğunu iddia edən və metrodakı dəstək və avtomatları yalayan 33 yaşlı bir şəxsi saxlayıb.  Hüquq-mühafizə orqanları onun hərəkətlərini başqalarının sağlamlığına zərər vurmaq kimi dəyərləndirib.
Qeyd olunur ki, asayiş keşikçiləri şikayət əsasında kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Onun həqiqətən də koronavirusa yoluxub-yoluxmadığı hələlik bilinmir.
Gunusnesiaz.info

COMMENTS