Koronavirusla qripi necə ayırd edək? – Professor açıqlayır

  • By admin
  • 26 Mart 2020 13:01

Koronavirus təhlükəsi dünyanı təhdid etməkdə davam edir.

“MediaPost” xəbər verir ki, bir çox ölkələr virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir. Hər kəsə vacib olmadıqca çölə çıxmamaq, xəstəliyin simptomlarını gördükdə dərhal həkimə müraciət etmək tapşırılır.

Lakin hazırda mövsümi keçidlə əlaqədar olaraq insanlar adi qrip virusuna da yoluxurlar. Bu zaman nə etmək lazımdır? Qriplə koronavirusu necə ayırd edə bilərik?

“MediaPost” türkiyəli professor, Toraks Dərnəyinin rəhbəri Həsən Bayramın mətbuata açıqlamasını təqdim edir.

Professor bildirir ki, adi qripin əlamətləri ilə koronavirusun əlamətlərini ayırd etmək çətindir:

 

 

“Əslində, koronavirus mövsümi dəyişikliklərdə gördüyümüz qrip, soyuqdəymə əlamətləri ilə başlanğıcda bir-birinə bənzəyir. Quru öskürək, boğaz ağrısı, halsızlıq, əzginlik ola bilir. COVİD-19 da virusla ortaya çıxan soyuqdəymə və qrip kimi əlamətlərə səbəb olan xəstəlikdir. Buna görə, qrip və soyuqdəymədə nə ediriksə, onu təkrarlamalıyıq. Adi qripin bir neçə gündə geriləməsini gözləyirik, amma şikayətlər azalmaz, qızdırma yüksələr, quru öskürək və təngnəfəslik artarsa, o zaman xəstəxanaya müraciət etmək lazımdır”.

Professor mövsümi xəstəliklərə xüsusi diqqət etməyin vacibliyini vurğulayıb:

“Xüsusilə astma və allergiyası olan xəstələrdə təngnəfəslik, xırıltılı öskürək kimi şikayətlər ola bilər. Ancaq bu xəstələr gözləmədikləri bir vəziyyət, nəzarət altına alınmayan öskürək və yüksək temperaturla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir. İndiyə qədər koronaviruslu xəstələrdə ən çox rastlaşdığımız əlamət güclü öskürəkdir. Digər diqqət edilməli məqam uzun müddət davam edən yüksək temperatur və təngnəfəslikdir. Çünki adi qrip virusunda təngnəfəslik yaranmır”.

 

Gununsesi.org