Koronavirusla qan təzyiqi arasında əlaqə müəyyən edildi

  • By admin
  • 25 Mart 2020 10:05

Alimlər koronavirus və hipertoniya (qan təzyiqinin davamlı yüksək olması) arasında əlaqəni müəyyən ediblər.

Gununsesi.org bildirir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Çinli alimlər Uhanda yaşlı xəstələrin ölüm hallarına təsir edən COVID-19-un klinik gedişatı və risk amilləri ilə əlaqədar geniş araşdırma aparıblar.

191 yoluxmuş şəxsin (137 sağalan və 54 ölən xəstənin) məlumatlarını öyrənən mütəxəssislər müəyyən ediblər ki, xəstəxanaya yerləşdirilən hər ikinci xəstə hipertoniyadan əziyyət çəkib.

Elm adamları xatırladıblar ki, koronavirus ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün daha təhlükəlidir. Alimlər qan təzyiqini tənzimləyən dərmanların koronavirus infeksiyası zamanı proqnozu pisləşdirə biləcəyini də vurğulayıblar.

Gununsesi.org