Koronavirusla mübarizə üçün üç dərmanın adı açıqlandı

  • By admin
  • 30 Yanvar 2020 17:39

Yeni koronavirusun müalicəsi üçün müvəqqəti tədbir kimi “Ribavirin”, “Resombinat interferon beta Ib” və “Lopinavir/Ritonavir” preparatlarından istifadə etmək tövsiyə olunur.

Gununsesi.org xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, Rusiya Səhiyyə Nazirliyi bununla bağlı tövsiyələrini bölüşüb.

Bildirilir ki, qurum qorxulu virusla HİV, Hepatit C və dağınıq sklerozda istifadə olunan dərmanlarla mübarizəni məsləhət görür. 

Bundan başqa, simptomatik müalicə kimi isə öskürək əleyhinə, mukolitik və bəlğəmgətirici preparatlar tövsiyə edilir.

Qurum bildirir ki, burunla nəfəs almanı rahatladan, burun mukozasının şişkinliyinin aradan qaldırılmasına yönələn antikoestantlardan istifadə etmək də yaxşıdır.

Son məlumatlara görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,7 min nəfəri keçib. Virus insandan insana ötürülür. İnfeksiyanın əsas əlamətləri arasında qızdırma, halsızlıq və öskürək var.

Gununsesi.org