Koronavirusla əlaqədar Rusiyada bəzi azərbaycanlılar işsiz qalıb - VİDEO

  • By admin
  • 20 Fevral 2020 16:37

Rusiyanın Novosibirsk şəhərində yaşayan və işləyən azərbaycanlılar problemlə üzləşiblər.

Gununsesiaz.info xəbər verir ki, bu barədə Oxu.az-a topdansatış meyvə anbarında işləyən həmyerlilərimizdən biri bildirib.

Onlar meyvələrin əsasən Çindən gəldiyini və koronavirusa görə tədarükün dayandığını bildiriblər.

Həmyerlimiz bununla bağlı video da göndərib.

İş olmadığı üçün ümidsizliyə qapılan azərbaycanlı boş anbardakı arabaları göstərərək bunları deyib:

“Gəlmişəm maşın bazarına. Bu cür maşınlar var burada. Hansını istəsəm, götürə bilərəm. Hazırda Rusiyadayam. Lazımdırsa bu “07”dir, o qırmızı “06”dır… “03”, “04”, “Çeşka”, “Yeşka”… Bax da, ürəyimiz istəyəni götürə bilərik”.

Gununsesiaz.info