“Koronavirusdan vəfat edən həkimlərə şəhid statusu verilsin” - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 30 Mart 2020 20:53

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

 

Gununsesi.org-un məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı “Tibbi sığorta haqqında”  qanunun müzakirəsi zamanı deyib.

M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin:
“Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.

 

 

 

Gununsesi.org