Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

  • By admin
  • 10 İyul 2020 09:27

COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.

Gununsesi.org bildirir ki, TASS-ın məlumatına görə, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.

“Bədənin tükənməsi səbəbindən bu insanlar üçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq”, – deyə, o əlavə edib.

Bundan əvvəl bildirilmişdi ki, o, koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluqyarana bilər. Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır.

Gununsesi.org