Koronavirusdan sağalan Hollivud ulduzu yenə təhlükəsilik qaydalarına riayət etmir

  • By admin
  • 25 May 2020 20:10

Məşhur amerikalı aktyor və prodüser Tom Henksin küçəyə çıxarkən maska əvəzinə bandanadan istifadə etdiyi məlum olub.

Gununsesi.org “Daily Mail”-ə istinadən xəbər verir ki, 63 yaşlı aktyor 32 yaşlı həyat yoldaşı Rita Uilsonla Los-Ancelesdə avtomobildə hərəkət edərkən fotoqrafların obyektivlərinə tuş gəliblər.

Mart ayında Tom Henksin COVID-19-a yoluxduğu bildirilmişdi. O zaman Avstraliyada sənədli filmin çəkilişlərində olan məşhur aktyor həyat yoldaşı ilə birgə xəstəxanaya yerləşdirilmişdi. Lakin cütlük bir neçə gündən sonra sağalaraq evə buraxılmışdı.

Gununsesi.org