Koronavirusdan ölənlərin sayı 700-ü ötdü

  • By admin
  • 08 Fevral 2020 12:24

Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 700 nəfəri ötüb.

RİA “Novosti”nin məlumatına əsasən, Hubey əyalətində bir gün ərzində 81 nəfər dünyasını dəyişib. Bununla da Çində bu xəstəlikdən ölənlərin sayı 720 nəfərə çatıb.

Bildirilir ki, virusa artıq 24,9 min nəfər yoluxub, 1,1 mindən artıq insan isə sağalıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uhan şəhərində 2019-nCoV pnevmaniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi.

Gununsesi.org