Koronavirusa yoluxan xəstələr sabahdan “Yeni klinika”da müalicə alacaqlar

  • By admin
  • 28 Mart 2020 18:46

Bu gün Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.

Gununsesi.org-un məlumatına görə, bu barədə tibb müəssisəsinin açılışında bildirilib. Qeyd olunub ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Gununsesi.org