Koronavirusa yoluxan polislərlə bağlı RƏSMİ AÇIQLAMA

  • By admin
  • 24 İyun 2020 11:41

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər: “Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.

Gununsesi.org