Koronavirusa yoluxan Fatih Terim danışdı

  • By admin
  • 25 Mart 2020 16:33

“Qalatasaray” futbol klubunun çalışdırıcısı Fatih Terimdən xəbər var.

Gununsesi.org xəbər verir ki, usta məşqçi müalicəsinin yaxşı getdiyini bildirib: “Panikaya düşməyə, əndişələnməyə ehtiyac yoxdur. Özümü çox yaxşı hiss edirəm”.

Fatih Terim futbolçularına da səslənib: “Özünüzün, ailə üzvlərinizin qeydinə qalın. Kənar şəxslərlə əlaqəni kəsin, evdən bayıra çıxmayın. Mənə görə isə məyus olmayın. Hər şey yaxşı olacaq”.

Gununsesi.org