Koronavirusa görə Türkiyədə turist qəbulu təxirə salınıb

  • By admin
  • 11 Mart 2020 21:14

“Türkiyə üçün koronavirus riski ciddidir. Nə Avropa, nə də digər ölkələrlə əlaqələri birbaşa kəsmək mümkündür. Amma bu qlobal problemə qarşı mübarizə aparmaq üçün görəcəyimiz tədbirlər az deyil”. 

Gununsesiaz.info-nun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusla (COVİD-19) əlaqədar əhalini məlumatlandırmaq üçün Elm Qurumundakı toplantıdan sonra bildirib. Onun sözlərinə görə, xarici ölkə ilə əlaqədə olub koronavirusa yoluxan Türkiyə vətəndaşının səhhəti  normaldır və ciddi nəzarət altındadır.

Türkiyənin Ticarət naziri Rühsar Pekcan koronovirusa yoluxma təhlükəsindən qorunmaq üçün istifadə olunan maska, əlcək və sair digər ləvazimatların, eləcə də ərzaq məhsullarının qiymətini süni şəkildə artıranlara qarşı mübarizə tədbirlərinə başlandığını deyib. Nazir bildirib ki, martın 16-dan aprelin sonuna qədər ticarət sahəsindəki beynəlxalq tədbirlər təxirə salınacaq.

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, xaricdən Türkiyəyə gələn turistlərin səfəri təxirə salınıb. Onun sözlərinə görə, turizm müəssisələrinin mövsüm açılışı martın 16-dan aprelin 16-na keçirilib.

 

 

Gununsesiaz.info