Koronavirusa görə depressiyaya düşən şəxs ailə üzvlərini öldürdü

  • By admin
  • 24 İyun 2020 09:38

ABŞ-ın Florida ştatında koronavirusa görə depressiyaya düşən şəxs ailə üzvlərini öldürüb.

Gununsesi.org bildirir ki, WFLA xəbər verir ki, 59 yaşlı Orlando sakini Smit Rivera həyat yoldaşı və oğlunu öldürməkdə ittiham olunur.

57 yaşlı Codi və 21 yaşlı Metyunun cəsədi onların yaşadığı evdən tapılıb. Hadisəni törədən ailə başçısı törətdiyi əməli etiraf edib. Rivera, eyni zamanda evində yaşayan, ancaq ailəsi ilə əlaqəsi olmayan bir adamı da öldürməyə cəhd etdiyini boynuna alıb. Zərərçəkən Riveranın onu bir neçə dəfə güllə ilə vurub, evdən qovduğunu deyib. Bundan sonra cinayətkar maşına minərək uzaqlaşıb və qayıdanda evdə artıq polislər olub.

Bacısının dediyinə görə, bu yaxınlarda üç uşaq atası olan qardaşı koronavirus pandemiyası səbəbindən depressiyaya düşüb. O bildirib ki, evdə gizlənən yaralı adam da Riveranın digər oğludur. Kişi hazırda nəzarətdədir, o, birinci dərəcəli iki cinayət və odlu silahdan istifadə edərək adam öldürməyə cəhddə ittiham edilir.

Gununsesi.org