Koronavirusa görə Azərbaycanda dərslər təxirə salınacaq? – "Qeyri - müəyyən vaxta qədər..."

  • By admin
  • 27 Fevral 2020 13:36

“”Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər. Artıq koronovirus təhlükəsi ilə bağlı məlumatlar yayılıb. Ona görə də, təklif edirəm ki, günü sabahdan etibarən Təhsil Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla təhsil müəssisələrində dərsləri qeyri – müəyyən vaxta qədər təxirə salsın”.

Gununsesi.org xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

O, bildirib ki, həmin günlər tətil günləri ilə əvəz edilə bilər.

Gununsesi.org