Koronavirusa görə 1 ayda satacağı məhsulu 2 günə satdı

  • By admin
  • 01 Aprel 2020 20:45
Türkiyədə koronavirusun ortaya çıxması ilə 1 ayda satacağı odekalonu 2 gün içərisində satan müəssisənin rəfləri xam maddə qiymətləri artdığı üçün boş qalıb.
Gununsesi.org xəbər verir ki, Türkiyənin Sivas şəhərində odekalon istehsal edərək topdan satış edən bir müəssisə 1 ayda satacağı məhsulu 2 gün ərzində satıb. Odekalon istehsal etmək üçün xam maddə tapmaqda çətinlik yaşadıqlarını söyləyən müəssisə sahibi 2 aylıq ehtiyatının 10 gün içində bitdiyini bildirib.
Sözügedən sahibkar “Rəflərimizdə məhsul qalmadı. Normal zamanlarda 1.5 dollara aldığımız məhsul 3-4 dollar səviyyəsinə qalxıb. Əlimizdəki məhsulları almaq üçün Türkiyənin hər bölgəsindən yüzlərlə firma bizdəki pərakəndə satış qiymətindən çox baha qiymət təklif edərək məhsul almaq istəyir” deyib.
Gununsesi.org