Koronavirus testi 5-ci dəfə də pozitiv çıxdı – Dünya ondan danışır

  • By admin
  • 07 May 2020 19:25

İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibala dünya mediasının gündəminə gəlib. Futbolçunun 5-ci koronavirus testi də pozitiv çıxıb.

Gununsesi.org xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, Dibalada koronavirusun hər hansı əlamətləri müşahidə edilmir. Həmçinin birlikdə virusa yoluxduqları sevgilisi Oriana Sabatininin də testi 5-ci dəfə pozitiv çıxıb.

Klubdan yayımlanan açıqlamada Daniele Ruqani və Bleys Matuidinin testlərinin neqativ çıxdığı qeyd edilib.

 

Gununsesi.org