Koronavirus təbii su hövzələrində 25 günə qədər qala bilər

  • By admin
  • 23 İyun 2020 10:09

Böyük Britaniya və Polşadan olan bir qrup mütəxəssis SARS-CoV-2 koronavirusunun göllərdə, çaylarda və digər təbii su hövzələrində 25 günə qədər qala biləcəyinə dair sübutlar əldə ediblər.

Gununsesi.org MK-a istinadən xəbər verir ki, alimlərin fikrincə, bu, insanların çay suları ilə əlaqəni minimuma endirməli olduqları anlamına gəlir.

Qeyd olunur ki, bu sulara kanalizasiya sularından sızma olduğu halda xüsusilə diqqətli olmaq lazımdır.

Gununsesi.org