Koronavirus peyvəndi ilə bağlı sürpriz: Uzun illər…

Koronavirus peyvəndi ilə bağlı sürpriz: Uzun illər…

Mütəxəssislər hesab edirlər ki, koronavirus qrip virusu qədər sürətlə mutasiyaya uğramır.

Gununsesi.org xəbər verir ki, alimlər bu səbəbdən yekun peyvəndin illərlə immunitet təmin edə biləcəyini söyləyiblər. Peyvəndin təxminən 18 ay ərzində hazır olacağı gözlənilir.

Qeyd edilir ki, virusun mutasiyaya uğrama sürətindən asılı olaraq, bəzi peyvəndlər mütəmadi yenilənir. Məsələn, qrip peyvəndi hər il təkrarlanır, qızılca və su çiçəyi kimi peyvəndlər isə on illərlə, hətta ömür boyu müdafiə edir.

Mütəxəssislər COVID-19-un qrip virusu qədər sürətlə mutasiyaya uğramadığına inanır.

Alimlər bu səbəbdən yekun peyvəndin illərlə müdafiə edə biləcəyinə inanırlar.

Gununsesi.org

COMMENTS