Koronavirus pandemiyasının nəticələri: kosmosdan görüntülər - FOTOLAR

  • By admin
  • 27 Mart 2020 12:52

“Sosial məsafə” səbəbindən Yer kürəsi “xəyallar diyarı”na çevrilir.

Gununsesi.org bildirir ki, “Populyar Mexanika” portalının xəbərinə görə, peyklər planetin bir vaxtlar insanlarla dolu tanınmış yerlərinin indi boş qalan şəkillərini çəkirlər.

Epidemiya öncəsi küçələri indi kosmosdan görünənlərlə müqayisə edərək, hətta ən çox əhalisi olan şəhərləri belə “xəyal şəhərcikləri”nə çevirən pandemiyanın acınacaqlı nəticələrini görə bilərsiniz.

İnsanların Yer üzündən yoxa çıxdığı görünür, bunun əvəzinə yeni binalar – koronavirusa yoluxmuş insanları müalicə edən xəstəxanalar qurulur. San-Pauloda futbol stadionundan xəstəxana olaraq istifadə olunur.

Yaxın gələcəkdə koronavirus xəstələri üçün daha çox obyektlərin tikiləcəyi gözlənilir.

Gununsesi.org