Koronavirus pandemiyası səbəbindən 80-dən çox ölkə BVF-dan kömək istədi

  • By admin
  • 02 Aprel 2020 09:49

80-dən çox ölkə koronavirusla mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etdi.

Gununsesi.org “Ren TV”yə istinadən xəbər verir ki, bu ölkələr ümumi olaraq 20 milyard dollar vəsait tələb edir.

Qurumun nümayəndəsi, əsasən aşağl gəlirli, kiçik və inkişaf edən iqtisadiyyata malik olan ölkələrin müraciət etdiyini bildirib.

“Biz bu müraciətlərin artıq yarısını gözdən keçirmişik”, – deyə BVF nümayəndəsi əlavə edib.

Gununsesi.org