Koronavirus pandemiya ilə mübarizə çərçivəsində Azərbaycana Çindən həkimlər gələcək - BAŞ NAZİR AÇIQLADI

  • By admin
  • 15 İyul 2020 22:32

“İndiyə qədər qısa müddətdə Azərbaycanda modul tipli xəstəxana quraşdırılıb. Əlavə olaraq 6 modul tipli xəstəxana sifariş olunub”.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Baş Nazir deyib ki, bu modul tipli xəstəxanalardan biri Naxçıvanda, digərləri Bakı və bölgələrdə quraşdırılacaq: “Bu gün Azərbaycanda 200-ə qədər xarici ölkələrdən həkimlər var. Ən çox müqavilə Kubadan gələn həkimlərlə 3 aylıq imzalanıb. Türkiyədən gələn 7 həkimdən ibarət heyət Yeni klinikada çalışır. Türkiyədən gələn həkimlər 2 ay müddətində çalışacaqlar. Rusiyadan gələn 20-dən artıq həkim və mütəxəssis Bakı və Sumqayıtda xəstəxanalarda çalışırlar. Çin hökuməti ilə aparılan danışıqlarda yeni müqavilə müəyyənləşdirilir. Cənab Prezident, Sizin tapşırığınızda ölkəmizə xaricdən gələn həkim qrupları gedəndən sonra onları Çindən gələn həkimlər əvəz edəcək”.

 

 

Gununsesi.org