Koronavirus Niderlandda xaosa səbəb oldu: Heç kim bir-birinə kömək etmir

Koronavirus Niderlandda xaosa səbəb oldu: Heç kim bir-birinə kömək etmir

COVID-19 pandemiyası Niderlandda İtaliya ssenarisi üzrə yayılır.

Gununsesi.org MK.ruya istinadən xəbər verir ki, ölkədə son günlərdə iki iri xəstəxana iflas edərək bağlanıb.

“Qocalar Evi”ndə baş verən ölümlərin səbəbi isə orada əvvəldən kifayət qədər həkimin olmaması ilə izah olunur. Yaşlı insanlar, demək olar ki, ölümə tərk edilirlər.

Bir neçə gün əvvəl Niderland hökuməti Britaniya təcrübəsindən (bütün əhalinin virusa yoluxaraq immunitet yaratması) istifadə etməyə qəraq versə də, tibb işçiləri bunun üçün bir neçə onillik tələb olunduğu səbəbindən həmin fikri dəstəkləməyib.

Bəziləri bu pandemiyanın “faydasız” yaşlı nəslin sonunu planlaşdıran nəzəriyyənin tətbiqi olduğuna inanırlar.

Statistika göstərir ki, virusdan sağalma intensiv müalicə sayəsində mümkün olur, bu halda isə varlı-kasıb məfhumu özünü göstərir. Varlılar aylıq ərzaqlarını alaraq villalarında özlərini təcrid edirlər, kasıblar isə onlarla insanın məskunlaşdığı binalarda yaşayır və gündəlik ərzaq almaq üçün evdən çölə çıxmağa məcbur olurlar.

Həkimlərdən bəziləri telefonla xəstə qəbulundan imtina edir, digərləri isə müalicəni “Skype” proqramı vasitəsilə aparırlar.

Könüllülər isə, demək olar ki, yoxdur. Heç kim bir-birinə təmənnasız kömək etmir. Niderlandda insanlara pul ödəməsən, yerlərindən tərpənmirlər.

Bəzi saytlar tibbi maska satdıqlarını elan edirlər, lakin onların dələduz olduqları bəllidir, tibbi maskalar 300 avro dəyərindədir və bir neçə günə çatdırılacağı vəd edilir.

Niderland hökumətinin son günlər İraq və Əfqanıstandan hərbçilərini geri çağırdığı xəbəri də yayılıb.

Ölkədə küçələr qorxu filmlərindən kadrları xatırladır – yollarda avtomobillər yoxdur, insanlar küçələrə çıxmır, ictimai nəqliyyat işləmir, poçtalyonlar isə əməkhaqlarının qalxacağına inanaraq işləyirlər. Demək olar ki, bütün mağazalar qapalıdır. Məktəblərin bağlanması və uşaqların uzun müddət valideynləri ilə evdə qalması səbəbindən polisə azyaşlılara təzyiqlə bağlı müraciətlər artıb.

Tədris ilinin sonuna planlaşdırılan imtahanlar da təxirə salınıb, məktəblilər əvvəlki qiymətlərinə əsasən qiymətləndiriləcəklər.

İri sahibkarlar konpensasiya ala bilsələr də, bu qayda kiçik müəssisə sahiblərinə şamil edilmir.

Epidemioloqların proqnozlarına görə, bir-iki həftə sonra vəziyyət daha da pisləşəcək.

Gununsesi.org

COMMENTS