Koronavirus məşhur alimin həyatına son qoydu

  • By admin
  • 01 Aprel 2020 20:32

HİV virusuna qarşı araşdırmaları ilə tanınan dünyaşöhrətli Cənubi afrikalı professor Gita Ramcii Covid-19-dan dünyasını dəyişib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda İngiltərədən Cənubi Afrikaya qayıdan  alim pnevmoniya əlamətləri ilə KvaZulu-Nata bölgəsindəki xəstəxanaya yerləşdirilib. Ramcii müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cənubi Afrikada indiyədək koronavirusdan 5 nəfər dünyasını dəyişib. 1353 nəfər isə yoluxub.

 

 

 

 

Gununsesi.org