Koronavirus İranı cənginə aldı: Daha 95 nəfər virusa yoluxdu – RƏSMİ

  • By admin
  • 25 Fevral 2020 14:26

İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Gununsesi.org