Koronavirus daha bir ölkədə – Xəstəlik dünyanı başına götürdü

  • By admin
  • 24 Fevral 2020 17:29

İraqda yeni koronavirusa ilk yoluxma halı aşkarlanıb.

Gununsesiaz.info-nun məlumatına görə, “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Nəcəf şəhərində iranlı tələbədə koronavirus aşkarlanıb.

Bildirilib ki, İran vətəndaşı koronavirusa yoluxması ilə əlaqədar karantinə alınıb və hazırda müalicə aparılır.

Xatırladaq ki, bundan əvvəl İraq hökuməti ilk koronavirusa yoluxma halının aşkarlandığı Küveytlə sərhəddəki Səfvan buraxılış məntəqəsini bağladıqlarını bildirmişdi.

Gununsesiaz.info