Koronavirus daha 3 ölkəyə yayıldı

  • By admin
  • 23 Yanvar 2020 19:47

Ötən ilin dekabrından Çinin Uxan şəhərində meydana çıxan koronavirus sürətlə digər ölkələrə yayılmaqda davam edir.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, daha üç ölkədə – Sinqapur, Vyetnam və Səudiyyə Ərəbistanında virusa yoluxma halı qeydə alınıb.

Sinqapur Səhiyyə Nazirliyinin məlumatına görə, 66 yaşlı Çin vətəndaşında virus aşkarlanıb. Vyetnamda da 2 nəfər Çin vətəndaşı xəstəliyə yoluxub.

Səudiyyə Ərəbistanında isə hindistanlı tibb bacısında virus tapılıb.

Qeyd edək ki, Çində koronavirus 17 nəfərin ölümünə səbəb olub. 600 nəfər isə virus daşıyıcısıdır.

 

 

Gununsesi.org