Koronavirus dərmanı Bakıda tapılmır – FOTO

  • By admin
  • 22 İyun 2020 14:15

Son zamanlarda Operativ Qərargah tərəfindən verilən statistikalarda göstərildiyi kimi, ölkədə koronavirusa yoluxma sayının artması xəbərləri xəstəliklə bağlı narahatlığı daha da artırır. Günlük artan yoluxma sayı vətəndaşlar arasında həyəcan təbili çalmaqdadır. Ölkənin ayrı-ayrı yerlərində xəstəxanalar boşaldılır. Bir sıra bölgələr yoluxmanın artması səbəbindən sərt karantin rejiminə keçirilib. Durum get-gedə ağırlaşır. Bir sıra şəxslər və qurumlar pandemiya probleminin həlli üçün tövsiyyələrlə çıxış edir.

Səhiyyə Nazirliyinin rəsmiləri, bir sıra tibb qurumlarının təmsilçiləri və ayrı-ayrı şəxslər tövsiyyə edirlər ki, xəstəxanaya getmədən də, koronavirusdan “Arbidol” dərmanı içərək sağalmaq mümkündür. Onlar bildiriblər ki, xəstəliyin ilkin əlamətləri bilinəndə vaxtında tədbir görülərsə, virusun qarşısı alına bilər.

Bununla bağlı Gununsesi.org-un əməkaşı Bakı apteklərində araşdırma sorğusu aparıb. Məlum olub ki, “Arbidol” dərmanı yoxdur.

 

 

Gununsesi.org