Koronavirus Afrikada da sürətlə yayılır

  • By admin
  • 01 Aprel 2020 15:53

Afrika qitəsində yeni tip koronavirusa yoluxma hallarının sayı 5 786-ya çatıb.

Gununsesi.org bildirir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qitədə 49 ölkədə aşkarlanan koronavirus nəticəsində 196 nəfər ölüb. Sağalanların sayı 412 nəfərdir.

Qitədə ən çox yoluxma halı Cənubi Afrika Respublikası, Əlcəzair, Misir, Mərakeş və Tunisdə müəyyən edilib.

Gununsesi.org