Korona bəlası bitməmiş başqa virus yayılır – Ölənlərin sayı durmadan artır

  • By admin
  • 08 Aprel 2020 15:40

Bütün dünya koronavirus bəlası ilə çarpışdığı bir məqamda dünya yeni bir yoluxma təhlüksəsi ilə üz –üzə qalıb.

Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki,  “Danq qızdırması”  adlanan yoluxucu xəstəlik başqa bir Asiya ölkəsində – İndoneziyada tüğyan etməyə başlayıb.

Xəstəlikdən ölənlərin sayı nə az, nə çox – 254 nəfərə çatıb. Bu, 2020-ci ilin əvvəlindən başlayan yoluxma nəticəsində həyatını itirənlərin ümumi sayıdır. Bu müddətdə isə sözügedən virusa yoluxanların rəsmi sayı 39.876-a çatıb.

İndoneziyanın Səhiyyə Nazirliyinin bölmə rəhbəri Siti Nadia Tarmizi vəziyyətin getdikcə ağrlaşdığını bildirib.

SN rəsmisi xəstəliyin ən çox yayıldığı Qərbi Cava və Şərqi Nusa Tenqqara əyalətlərinin “qırmızı bölgə” olduğunu bəyan edib.

Qeyd edək ki, İndoneziyada ağcaqanadların fəal olduğu oktyabr-aprel aylarındakı yağışlı havalarda “Danq qızdırması” və digər yoluxucu xəstliklərə rastlanır.

İndoneziyadan bu səbəbdən 2016-da 1.598, 2017-də 493, 2018-də 344 nəfər həyatını itirib.

Gununsesi.org